Şuşa və Ərzurum arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu nəzərə alaraq qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.
Protokol qardaşlaşmış şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirməyi əsas tutur.
Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, bərabərlik, dostluq, qardaşlıq və ümumi maraq prinsiplərinə uyğun olaraq, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulmuşdur.
Sənədi Ərzurumda səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Ərzurum Böyükşəhər Bələdiyyəsinin başçısı Mehmet Sekmen imzalayıblar.
Tədbirdən sonra Ərzurum valisi Okay Memişlə də görüş baş tutub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qardaşlaşmış şəhərlər protokolunun ilk dəfə Ərzurum ilə imzalanmasının xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, bu il Azərbaycanda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunubdur. Gələn il isə Şuşa şəhəri TÜRKSOY-un qərarı ilə Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Buna görə də Türk dünyasının mərkəzlərindən biri sayılan Ərzurum ilə mədəni, siyasi və iqtisadi əlaqələrin qurulması vacibdir.
Ərzurum valisi Okay Memiş Şuşanın bütün türk dünyasının qəlbində xüsusi yer tutduğunu qeyd edərək, əziz Şuşa ilə istənilən tədbir və birgə fəaliyyətlərin başlanmasını valilik üçün mühüm missiya olduğunu bildirmişdir.
Daha sonra Məftun Abbasov ilə Ərzurum Atatürk Universiteti və Ərzurum Texniki Universitetinin rektorları arasında görüş baş tutub. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması haqqında ətraflı danışılıb.

Müşahidə Şurasının növbəti iclası keçirilib
(Şuşa, 22 dekabr, 2022-ci il)- Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Aydın Kərimovun rəhbərliyi ilə Müşahidə Şura
Hamısını oxu
Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü
(Bursa, 9 dekabr, 2022)- TÜRKSOY-un 2022-ci il "Bursa-Türk mədəniyyət paytaxtı ili"nin rəsmi bağlanış mərasimi keçirildi. Tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürüldü.
Hamısını oxu.jpeg)
Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb
(Andonq, 17 noyabr, 2022) - Şuşa və Andonq şəhərləri arasında "Dost şəhərlər" əlaqəsinin qurulması üzrə anlaşma memorandumu imzalanıb. Memorandumu Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Cənubi
Hamısını oxu.jpeg)
Şuşa şəhəri Tarixi Şəhərlər Liqasına üzv seçilib
(Andonq, 16 noyabr, 2022) - Tarixi Şəhərlər Liqasının (TŞL) 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Şuşa
Hamısını oxu.jpeg)
Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb
(Andonq, 15 noyabr, 2022 ) - Noyabr ayının 14-də Cənubi Koreyanın Andonq şəhərində "Tarixi Şəhərlər Liqası"nın 18-ci Dünya Konfransının açılış mərasimi keçirilmişdir.
Hamısını oxu
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edib
(Şuşa, 8 noyabr, 2022-ci il)- Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibə
Hamısını oxu
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilib
(Bakı, 21 oktyabr, 2022-ci il )- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci i
Hamısını oxu
Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb
(Şuşa, 20 oktyabr, 2022-ci il)- Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 3-cü görüşü baş tutub və burada Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.
Hamısını oxu
Şuşa ilə Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb
(Kayseri, 14 oktyabr, 2022-ci il)- Şuşa ilə Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb. Sənədi Kayseridə səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov
Hamısını oxu
Şuşada daha 15 yaşayış binasının inşasına başlanılır
(Şuşa, 11 oktyabr, 2022-ci il) – Şuşa şəhərində inşa olunacaq yaşayış kompleksinin daha 15 binasının tikintisinə, abadlaşdırılmasına və əlavə texniki qurğuların inşasına dair Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin
Hamısını oxu
Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Şuşa şəhərini ziyarət edib
(Şuşa, 6 oktyabr, 2022)- Şuşalı şəhidimiz Bəxtiyar Quliyevin anası Nadejda Alekseyevna Toloknova (Quliyeva) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə müraciəti əsasında Şuşa şəhərini ziyarət edib.
Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər
(Şuşa, 27 sentyabr, 2022) - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər.
Hamısını oxuŞuşa rayonu üzrə yüksək bal toplayaraq tələbə adını qazanan 6 məzun öz doğma şəhərini ziyarət ediblər
(Şuşa, 25 sentyabr, 2022)- Şuşa rayonu üzrə yüksək bal toplayaraq tələbə adını qazanan 6 məzun öz doğma şəhərini ziyarət ediblər. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə şəhərə dəvət olunmuş gən
Hamısını oxu