Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların əziz xatirəsi yad edildi

26.01.2026 - 11:10

1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan “Mİ - 8” helikopterində şəhid olanların əziz xatirəsi 26 yanvar 2026-cı il tarixində Şuşa Şəhidlər Xiyabanında ehtiramla yad edildi, onların ruhuna dualar oxundu. Şəhidlərin anım mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları, Şuşada fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin  rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

News