Ötən ilin ən yaxşı memarlıq layihələri mükafatlandırılıb

02.03.2026 - 15:00

Ötən ilin ən yaxşı memarlıq layihələri mükafatlandırılıb.

Qaliblər "Təməl" mükafatı və diplomlarla təltif edilib. Mükafatlandırma mərasimində 890 layihə arasında seçilmiş 82 iş üzrə 6 nominasiyada qaliblər elan olunub. Qaliblər arasında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları da var.

Qalib:

Sadıqcanın evi 

Mükafatı təqdim edən – İlqar İsbatov  (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini, əməkdar memar). Layihəçi şirkət - "İPOGEA" şirkəti. Müəllif: Pietro Laureano. Mükafatı qəbul edənlər – Pərviz Poluxzadə (Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsinin müdiri) və Nəzrin Əhmədzadə (Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı).


News