Dünya şöhrətli “NomadMania” səyyah klubu Şuşa şəhərinə səfər edib. Şəhərlə tanışlıq zamanı səyyahlara Şuşanın tarixi, işğal dövründəki vəziyyəti barədə məlumat verilərək bildirilib ki, 30 il qədim diyarın tarixi binaları, məscidləri, abidələri erməni vandalizminə məruz qalıb. İşğaldan azad edildikdən sonra Şuşada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, şəhərin əsl tarixi simasının, memarlıq və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Səyahətçilər Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan mərkəzi meydan, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi, qala divarları və Yuxarı Gövhər Ağa məscidi ilə tanış olub, Cıdır düzündə əsrarəngiz mənzərəni seyr ediblər.