Bu gün Şuşa şəhərinə daha bir köç karvanı yol aldı. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 27 ailədən ibarət, 91 nəfər 32 ildən sonra öz dogma yurdunda mənzillə təmin edildi. Mənzillərin açarlarının təqdimetmə mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası xüsusi nümayəndəliyinin məsləhətçisi İsmayıl İsmayılov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktorunun müavini, Vüqar Məhərrəmov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.
Beləliklə, ümumilikdə Şuşa sakinlərindən 204 ailə - 763 nəfərin daimi məskunlaşması təmin edilib.