Şuşa şəhərinin kommunal xidməti gücləndirilmiş iş rejimində çalışır

21.01.2026 - 06:00

Şuşa şəhərində şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar olaraq "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" nin  Mənzil-Kommunal və Təmir Xidməti səhər saat 6:00-dan başlayaraq gücləndirilmiş iş rejimində çalışır. Bir neçə gündür ki, yağan qarın təmizlənməsi ilə bağlı gecə və səhər saatlarında operativ tədbirlər həyata keçirilir, xidmətin xüsusi təyinatlı texnikası tərəfindən şəhərin bütün küçələrinə texniki duz səpilir, qardan təmizləmə işləri aparılır.

News