Şuşada IX Qlobal Bakı Forumunun panel iclası keçirilib

19.06.2022 - 14:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda təşkil olunun IX Qlobal Bakı Forumunun Şuşada panel iclası işə keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən iclasda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafı istiqamətində görülən işlər, eləcə də ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə olunub.

Müzakirələrdən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olublar. Forumun iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri, bu ərazilərin minalardan təmizlənməsi barədə məlumat verilib.

Şuşa şəhərində səfərdə olan qonaqları yerli və xarici media nümayəndələri müşayiət ediblər.

Tədbirin sonunda Şuşa Şəhəri Dövlət Qoruğuna tarixi əhəmiyyətli iki kitab hədiyyə olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin "Xəmsə", Beynəlxalq Türk Akademiyasının rəhbəri Darhan Kıdırali isə 1000 il əvvəl ilk dəfə türk dilinə tərcümə edilən Qurani-Kərimi təqdim ediblər.

News