20 Yanvar faciəsinin şəhidləri Şuşa şəhərində 1 dəqiqəlik sükutla yad edildi.

20.01.2025 - 12:00

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin şəhidləri Şuşa şəhərində 1 dəqiqəlik sükutla yad edildi. Anım mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin  əməkdaşları, eyni zamanda, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və  müəssisələrin rəhbərləri, Şuşa şəhər sakinləri  qürur və ehtiramla şəhidlərin  əziz xatirəsini yad etdilər.

News