Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin şəhidləri Şuşa şəhərində 1 dəqiqəlik sükutla yad edildi. Anım mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, eyni zamanda, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şuşa şəhər sakinləri qürur və ehtiramla şəhidlərin əziz xatirəsini yad etdilər.