İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub

10.05.2024 - 17:30

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov dövlətimizin başçısına qəsəbədə görüləcək işlər barədə məlumat verdilər.

Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq.

Новости