İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar

10.05.2024 - 16:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar. Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Üzeyir Hacıbəylinin evi Şuşada XIX əsrdə inşa olunub. Bina 1959-cu ildə ev-muzeyi kimi fəaliyyətə başlayıb.

Məlumat verildi ki, binadakı bərpa işlərinə evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılması, həmçinin həyətyanı sahənin yaşıllaşdırılması işləri daxildir. 2022-ci ildə başlanan bərpa işləri yekunlaşandan sonra muzeydə ekspozisiya qurulacaq.

Новости