Latviya nümayəndə heyəti Şuşada aparılan yenidənqurma işləri ilə tanış olublar

16.04.2026 - 15:00

Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində aparılan yenidənqurma işləri ilə tanış olublar.

Nümayəndə heyəti əvvəlcə Azərbaycanın tarixi və qədim diyarı Şuşa şəhərinin mərkəzi meydanı, Şuşa xalça muzeyi, Aşağı Gövhərağa məscidi, Yeni Yaşayış Kompleksi və Cıdır düzündə olublar. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə şəhərdə aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib. Qeyd olunub ki, mədəniyyət paytaxtımızın bərpa və yenidənqurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqımızın milli dəyərlərinə söykənir.

Новости