Latviya Parlamentinin sədri Şuşaya gəlib

19.05.2024 - 16:20

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Şuşa şəhərinə gəliblər. Şuşa Rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verib. Şuşada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib, şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Nümayəndə heyəti güllələnmiş heykəllərlə, Yuxarı Gövhərağa məscidi, Bülbülün ev-muzeyi, qala divarları, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı ilə tanış olublar. Cıdır düzünə gələn qonaqlar oradan açılan gözəl mənzərəni seyr ediblər.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət ediblər.

Новости