“Novruz” bayramı davam edir

19.03.2025 - 20:00

18-24 mart tarixlərində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə davam edən “Şuşa baharı” adlı bayram tədbirlərində “Güllü bağ” ərazisində “Novruz”u  tərənnüm edən yarmarka təşkil edilib. Bayram şənliyinə təşrif buyuran ziyarətçilərə Şuşa sakinlərinin əl işləri, səmənilər, milli mətbəximizə aid olan bayram  xonçaları, müxtəlif şirniyyatlar, “Araz” və “OBA” supermarketlər şəbəkəsinin xidmətləri  təqdim edilir.

19 mart tarixində  davam edən bayram şənliyində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və   Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov iştirak edib.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının təqdim etdiyi ədəbi-bədii kompozisiya, Şuşanın tarixi şəxsiyyətlərinin: - Pənahəlixanın, Gövhərağanın, Xanqızı Natəvanın, M.P. Vaqifin və digərlərinin obrazları, Şuşanın istedadlı yeniyetmə və gənclərinin ifaları  sakinlər tərəfindən maraqla qarşılanıb.

Günboyu səslənən musiqi proqramı tədbirə öz rəngarəngliyini qatıb.

Новости