“Novruz” yaddaşlara yazıldı

20.03.2025 - 20:00

20 mart tarixində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən “Şuşa Baharı’ adlı bayram şənliyi  öz  abu-havası, möhtəşəmliyi ilə yaddaşlara yazıldı.

Bayram konsertində  Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət  nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar  iştirak ediblər.

“Şuşa Baharı’’ adlı konsert proqramında Respublikanın Xalq artistləri  Nazpəri Dostəliyevanın, Tünzalə Ağayevanın, Əməkdar artistlər Anar Şuşalının, İlkin Əhmədovun, Güllü Muradovanın, Elnur Zeynalovun, eyni zamanda Çinarə Məlikzadənin, Günay İmamverdiyevanın,  Günay İbrahimlinin, "Şeron" qrupunun, Namiq Tanırverdiyevin bir-birindən gözəl ifaları, Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin şagirdlərinin təqdim etdiyi rəqs nümunələri  tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Şuşa sakinləri  uzun illərdən sonra öz dogma ata-baba yurdlarında “Novruz” bayramını  qeyd etmənin qürurunu yaşayıblar.

Новости