Pilotsuz uçuş aparatlarının idarə edilməsi, radiotezliklərdən istifadə mövzusunda təlim keçirilmişdir.

16.12.2025 - 15:00

Şuşa Şəhəri Dövlət Qoruğu idarəsi pilotsuz uçuş aparatlarının idarə edilməsi, radiotezliklərdən istifadə mövzusunda təlimin keçirilməsini təşkil etmişdir.

İdarənin İnformasiya texnologiyaları meneceri Azər Mirzəyev Bakı şəhərində keçirilmiş PUA (Pilotsuz uçuş aparatları) sistemlərinin idarə edilməsi təlimini müvəffəqiyyətlə başa vuraraq nəzərdə tutulmuş imtahanlarda iştirak etmiş və %100 nəticə göstərərək vəsiqə almışdır,



Новости