“Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisi keçirilmişdir

15.10.2024 - 12:40


15 oktyabr 2024-cü il tarixində Bakı EKSPO Mərkəzində Qarabağın bərpasına həsr olunmuş “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisi  təşkil edilmişdir. İşğaldan azad edilmiş yurd yerlərində baş verən müsbət dəyişiklikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etmək məqsədi daşıyan sərgidə əsas hədəf  Qarabağ üçün investisiyaların həcmini artırmaq, bu torpaqların inkişafında, infrastrukturun bərpa və tikintisində xarici şirkətlərin iştirak etməsini təmin etməkdir. 

Sərginin  “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinin təşkilatçılığı ilə “2024-cü ildə Bərpa, Tikinti və İdarətmə xidmətlərinin gördükləri işlərin icmalı” mövzusunda keçirilən panel müzakirələrində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov çıxış edərək Şuşa şəhərinin Baş Planı, yeni salınan və inşa olunacaq yaşayış kompleksləri, bərpa edilmiş tarixi abidələri və muzeyləri, turizmin inkişafında önəmli rol oynayan otel və ictimai iaşə obyektləri, istifadəyə verilən muzeylərin fəaliyyəti, ictimai məkanların abadlaşdırılması, infrastruktur obyektlərinin tezliklə istifadəyə verilməsi, şəhərdaxili yeni avtobus xəttinin açılması, şəhərdə yenidənqurma və bərpa istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Новости