Şuşa şəhərində Anım Günü qeyd edilib

27.09.2026 - 10:00

27 sentyabr tarixində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şuşa şəhərində Anım Günü qeyd edilib. Tədbirdə Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin rəhbərliyi və  əməkdaşları, hüquq-mühafizə orqanlarının, eyni zamanda, Şuşa şəhərində fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və şəhər sakinləri Mərkəzi meydanda və Şuşa Şəhidlər Xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Новости