Şuşa şəhərində arıçılıqla bağlı seminar keçirilib

21.04.2026 - 16:00

21.04.2026-cı il tarixində Şuşa şəhərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şuşa Dövlət Aqrar İnkişaf Mərkəzinin və Baytarlıq Elmi Tədqiqat İnsitutunun birgə təşkilatçılığı ilə Mənzil kommunal və təmir xidmətinin binasında maarifləndirici seminar keçirilmişdir. Seminarda Şuşa və Xankəndi şəhərlərində fəaliyyət göstərən arıçılar iştirak edib. Epizootik vəziyyətin qiymətləndirilməsi, arı xəstəliklərinin erkən diaqnostikası və profilaktik tədbirlərin təşkili movzusunda müzakirələr aparılıb. Baytarlıq Elmi Tədqiqat İnsitutunun nümayəndələri tərəfindən arı ailələrinin sağlamlığının qorunması, mövsümi risklər və müasir mübarizə üsulları barədə iştirakçılara ətraflı məlumat verilib.   

Tədbirin sonunda arıçıları maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr təqdim olunub və yaz mövsümündə təsərrüfatların səmərəli idarə olunmasının əhəmiyyəti vurğulanıb

Новости