May ayının 27-28-də Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə Şuşa şəhərində bayram namazı qılınıb. Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.
Bayram namazında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub.
Əziz həmvətənlərimiz!