Şuşada beynəlxalq konfrans təşkil olunub

20.05.2022 - 12:34

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Qeyd edək ki, “Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas istiqaməti post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.

Tədbirin sonunda beynəlxalq konfransın iştirakçıları birgə müraciət yayıblar.

Daha sonra qonaqlar üçün Şuşa şəhərinə ekskursiya təşkil edilib. Qonaqlar şəhərin dağıdılmış obyektləri, mədəni irs nümunələrinə qarşı erməni vandalizminin şahidi olublar.

Beynəlxalq konfrans çərçivəsində, həmçinin mədəni proqram da təqdim olunub. Proqramda Azərbaycan xalq rəqsləri, muğam və xalq musiqisi nümunələri ifa edilib.

Новости