Xocalı faciəsinin şəhidləri Şuşada yad edildi

26.02.2025 - 12:00

Xocalı faciəsinin şəhidləri Şuşada yad edildi

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı soyqırımının törədilməsindən 33 il ötür. Bu gün - 26 fevral tarixində ölkəmizin hər yerində olduğu kimi, Şuşa şəhərində də faciə qurbanlarının əziz xatirəsi ehtiramla anıldı, bayraqlar endirildi. Anım mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, Şuşada fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak edirdi.

Новости