Telefon: +994555001188
E-mail: office@shusha.gov.az
AZ5800, Şuşa şəhəri, Xan Şuşinski küçəsi, giriş 3
Yerli turizm şirkətlərinin Şuşaya səfəri təşkil olunub. 7 dekabr tarixlərində Azərbaycan Turizm Bürosu (ATB), Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) dəstəyi ilə 40 yerli turizm şirkətinin Şuşa şəhərinə səfəri həyata keçirilib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində təhlükəsizlik tədbirləri çərçivəsində təlim keçirilmişdir. 22.11.2025-ci il tarixdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində SƏTƏM üzrə təhlükəsizlik tədbirləri çərçivəsində təlim keçirilmişdir.
Şuşada Zəfərimizin 5 illiyi və Şuşa şəhər günü qeyd edildi. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də tarixi bir Zəfərə nail oldu. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri işğalçılardan azad edildi.
Şuşada zəfərin 5 illiyi münasibətilə hərbi yürüş keçirildi.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Qarabağ Universitetinin turizm ixtisaslı müəllim və tələbə heyətinə təlim-seminar keçirildi. “Ümumdünya Turizm işçiləri günü” çərçivəsində 26-28 oktyabr 2025-ci il tarixlərində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Turizmin inkişafı şöbəsi tərəfindən Qarabağ Universitetinin turizm ixtisaslı müəllim və tələbə heyətinə turizm destinasiyası mövzusunda 1-ci elmi-praktiki təlim-seminar keçirildi.
Azərbaycan memarlarının növbəti uğuru. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşamızı bəzəyən iki memarlıq əsəri mötəbər beynəlxalq müsabiqələrin qalibi olmuşdur.
Şuşa şəhərinə növbəti infotur təşkil olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşa şəhərinə növbəti infotur təşkil olunub.
Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu keçirilir. Oktyabrın 15-də Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb.
Azərbaycan Bolqarıstanda keçirilən 20-ci beynəlxalq “Mədəni turizm” sərgisində təmsil olunub. 8-10 oktyabr 2025-ci il tarixlərində Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən 20-ci beynəlxalq “Mədəni turizm” sərgisində Azərbaycanı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və ölkəmizin Bolqarıstandakı Səfirliyi təmsil edib.
Xüsusi nümayəndəlikdə Şuşa şəhəri sakinləri ilə görüş keçirilib. Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı Xüsusi Nümayəndəliyində Şuşa şəhəri sakinləri ilə görüş keçirilmişdir.