ŞUŞANIN COĞRAFİYASI

Şuşa dünyanın ən valehedici təbiətinə malik məkanlardan biridir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri ilə örtülüdür. Şuşanın heyvanat aləminə daha çox ayı, canavar, tülkü, boz dovşan, dağ qartalları, cüyür, kəklik, göyərçin və s. aiddir. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m. ). Keçəldağ aşırımı Şuşa rayonundadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Rayon ərazisindən Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahədə subalp və alp çəmənlikləri ilə örtülüdür.

Şuşa üzlük daşı yatağı; ehtiyatları 397 min m3 olan kərpic-kirəmit istehsalına yararlı Keçəldağ (Lesoqor) gil yatağı; istismar ehtiyatları 389 min m3/gün olan Şuşa yeraltı şirin su yatağı; 342 min m3/gün və 70 min m3/gün olan “Şırlan” və “Turşsu” mineral su yataqları var.

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə “Xarıbülbül” adlanır.

Ərazisinin əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda −4 °C-dən −1 °C-yədək, iyulda 16–19 °C-dir. İllik yağıntı isə 700–800 mm-dir. Şəhərin torpaqları isə qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən tiplidir.

Şuşanın geoloji təbiət hadisələrinə Daşaltı kəndində karst mağaraları, Şahnəzər mağarası və şəhərin yaxınlığında yerləşən Daşaltı kanyonunu misal göstərmək olar.

Şuşa meşələrində şərq fıstığı , ibcriya palıdı və qafqaz vələsi üstünlük təşkil edir. Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160–1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları bitir. Burada şabalıd ağacları palıd — vələs meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol cinsləri — fındıq , murdarça , alça , göyəm, gərməşov, yemişan, əzgil , itburnu və s. bitir. Meşələrdə, həmçinin vələs, ağcaqayın, gilas , göyrüş və palıd növləri yayılmışdır.

Şuşa ərazisi zəngin faunaya malikdir. Burada məməlilərdən canavar , qonur ayı, avropa cüyürü, porsuq, qaban, çölpişiyi, vaşaq, çaqqal , adi tülkü, adi kirpi, tirəndaz və s. canlılar yaşayır. Quşlardan turac , boz kəklik, bozqır qartalı , bozqırmuymulu qızılquş , lcşcil ağqartal , ağbaş korkəs, arıquşaoxşar bığlıca.


Xəbərlər