Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xətti ilə ölkəmizə səfər edən bir qrup mərakeşli jurnalist Şuşa şəhərinə səfər ediblər.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları qonaqları şəhərlə tanış ediblər, onlara Şuşanın tarixi, müharibədən əvvəlki və sonrakı vəziyyəti , hal-hazırda şəhərdə aparılan abadlıq, bərpa-quruculuq işləri haqqında geniş məlumat veriblər.
Daha sonra jurnalistlər Şuşa sakinlərinin məskunlaşdığı yeni yaşayış kompleksinə gələrək, orada əhali ilə maraqlı söhbətlər ediblər.