”2 İyul-Polis günü” Şuşada qeyd edildi.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novrurov, hüquq-mühafizə orqanlarının rəhbərləri və Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları “2 iyul- Polis günü” nü birlikdə qeyd etdilər.
Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi şücaət göstərən və bu gün azad şəhərin təhlükəsizliyinin təmim olunmasında yaxından iştirak edən polis əməkdaşlarının fəaliyyətindən söz açıldı. Tədbirin sonunda xidmətdə fərqlənən polis əməkdaşlarına fəxri fərmanlar təqdim edildi.