Qanlı Yanvar hadisələrindən 36 il keçir. 1990-cı il yanvarın 20 -si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Bu gün - Şuşa şəhərinin mərkəzi meydanında saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Anım mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, Şuşa rayonunda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Allah bütün şəhidlərə rəhmət eləsin.