29 may 2024-cü il tarixində Almaniya Federativ Respublikasının ölkəmizəki səfiri Dr. Ralf Horlemann Şuşa şəhərinə qonaq gəlib. Şuşa Rayonunda Azərbaycan Respublikasının Xüsusi Nümayəndəsi Aydın Kərimov səfir Dr. Ralf Horlemannla görüşdə şəhərdə aparılan abadlıq, bərpa-quruculuq işləri barədə məlumat verib. Daha sonra Səfirin güllələnmiş heykəllərlə, şəhərin tarixi memarlıq abidələri ilə, şəhərlə tanışlıq gəzintisi olub.