Aydın Kərimov "Şuşa Azərbaycan Evi" nin açılış mərasimində iştirak edib

07.04.2024 - 08:06

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bu gün Türkiyənin Kayseri şəhərinin Talas Bələdiyyəsində yerləşən “Azərbaycan Qardaşlıq Parkı”nda  "Şuşa Azərbaycan Evi" nin açılış mərasimində iştirak edib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun da qatıldığı tədbir çərçivəsində rəsmilər bir sıra maraqlı görüşlər keçiriblər.   Kayseri valisi Gökmen Çiçek, Kayseri böyük şəhər bələdiyyə sədri Memduh Büyükkılıç, Talas Belediyye sedri Mustafa Yalçınla baş tutan görüşlər zamanı iki qardaşlaşmış şəhər- Şuşa və Kayseri arasında gələcək əməkdaşlığın müxtəlif istiqamətlərdə daha da genişlənməsi, qarşıda duran perspektivlər müzakirə edilib. 

“Şuşa Azərbaycan Evi” nin açılış mərasimində çıxışı zamanı Aydın Kərimov mədəniyyət beşiyi olan Şuşanın beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilməkdə olan layihələr, eyni zamanda,  şəhərdə aparılan bərpa quruculuq işləri barədə də məlumatlar verib.  Bununla yanaşı, layihənin təşəbbüskarı olan və  gerçəkləşməsində zəhməti keçən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Kayseridəki Azərbaycan İcması və türkiyəli qardaşlarımıza təşəkkürünü bildirib. 

Sonda Şuşadan yadigar qalacaq hədiyyələr təqdim edildi, xatirə dəftərinə ürək sözləri yazılıb.

Xəbərlər