“Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”ndə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları Şuşa şəhərində yerləşən abidələri, məscidləri, tarixi yerləri ziyarət ediblər.
Qeyd edək ki, 18 aprel “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.