Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşa şəhərində olublar

20.02.2022 - 08:50

Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Şuşa şəhəri ilə tanış olublar 

“Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın işğalından azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

Qış Məktəbinin iştirakçıları əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gəliblər. Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları qonaqlara şəhər və güllələnmiş heykəllər barədə ətraflı məlumat veriblər.

Daha sonra Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhərağa məscidi, Qazançı kilsəsi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər. 

Bundan əlavə, qonaqlara Şuşa işğaldan azad edildikdən sonra şəhərdə gedən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilibdir. 

Xəbərlər