Böyük ictimai və siyasi xadim, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Şuşa şəhərində ehtiramla anıldı, büstü önünə gül dəstələri düzüldü. Anım mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Xüsusi Nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, Şuşada fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrin rəhbərləri iştirak edirdi.