Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər ediblər

21.06.2025 - 18:00

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə səfər ediblər 

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Şuşa şəhərinə gəliblər. Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov xarici diplomatlara qədim Şuşa şəhərinin   tarixi, işğal dövründəki vəziyyəti, burada həyata keçirilən bərpa-tikinti işləri barədə məlumat verib, bildirib ki,  infrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

Nümayəndə heyəti dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyini, “Şirin su” hamamını, Merdinli məhəlləsini, professional vokal məktəbinin banisi, Xalq artisti Bülbülün ev-muzeyini, Mehmandarovların malikanə kompleksini ziyarət ediblər. Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə, Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə tanış olan qonaqlar  sonda Cıdır düzünə gələrək, buradan   açılan təbiət mənzərəsini seyr ediblər.

Xəbərlər