“Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövsuzunda maarifləndirici təlim keçirilmişdir

20.04.2026 - 11:00

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  15-16 aprel tarixlərində Laçın rayonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən “Bərpa, Tikinti və İdarəetmə Xidmətləri”nin əməkdaşları üçün təlim keçirilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları Səmayə Məmmədova və Gülüm Kərimova təlimdə iştirak ediblər.

Təlim 1 - “Şəhərsalma və memarlıqda davamlı innovativ inkluziv inkişaf siyasəti” akademik Urxan Ələkbərov, Təlim 2 - “Dövlət idarəçiliyi islahatları Beynəlxalq təcrübə və Azərbaycan modeli” siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elnur Əliyev, Təlim 3 - “Dövlət idarəçiliyində maraqlar toqquşması və antikorrupsiyaya siyasəti” hüquq elmləri doktoru, professor İsaxan Vəliyev Təlim 4 - “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” iqtisad üzrə fəlsəfə doktoru, dosent  Azər Əmiraslanov bu mövzularda çıxış ediblər.

Xəbərlər