Dövlət Suverenliyi Günü.
Bu gün ölkəmizdə Dövlət Suverenliyi Günü qeyd edilir. Lokal antiterror əməliyyatı zamanı rəşadətli Ordumuzun əldə etdiyi bu möhtəşəm Qələbə sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərqərar olduğu bütün torpaqlarımızda Azərbaycanın şanlı Dövlət Bayrağı əzəmətlə dalğalanır. Bu gün Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini Vüqar Məhərrəmov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və Şuşa şəhərində fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri Şuşa Şəhidlər Xiyabanında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Yaşasın müstəqil və suveren Azərbaycan!