Ərzurum Diplomatiya Araşdırmalar Mərkəzinin bir qrup heyəti Şuşa şəhərinə səfər edib

09.05.2026 - 16:00

Şuşa ilə qardaşlaşmış Ərzurum Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Sosial işlər idarəsinin müdiri Ergun Enginin rəhbərlik etdiyi Ərzurum Diplomatiya Araşdırmalar Mərkəzinin bir qrup heyəti Şuşa şəhərində səfərdə olub. 

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzovla görüşən qonaqlara Şuşa şəhərinin tarixi, mədəniyyəti, eyni zamanda şəhərdə aparılan yenidənqurma, abadlıq və bərpa işləri haqqında geniş məlumatlar verilib.

Bununla yanaşı, qardaşlaşmış şəhərlər arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb, onlar üçün maraqlı şəhər gəzintisi təşkil edilib.

Xəbərlər