Qaydalar və məşhur turizm məkanları ilə bağlı qeydlər şəkillərdə əks olunub.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə yanvar ayının 21-də beynəlxalq yarışlarda Azərbaycanı yüksək nailiyyətlərlə təmsil etmiş güləşçilərin Şuşa şəhərinə səfəri təşkil edilib.
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" nin Mənzil-Kommunal və Təmir Xidməti səhər saat 6:00-dan başlayaraq gücləndirilmiş iş rejimində çalışır
20 Yanvar şəhidlərinin əziz xatirəsi Şuşada yad edildi
Azərbaycan Güləş Federasiyasının üzvləri Şuşa sakinləri ilə görüşdülər. Dövlətimizin başçısı cənab İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycanın görkəmli idmançılarının işğaldan azad edilmiş torpaqlara müntəzəm səfərlərinin uşaq və gənclər üçün böyük hadisə olacağını qeyd etmişdi.
Yerli turizm şirkətlərinin Şuşaya səfəri təşkil olunub. 7 dekabr tarixlərində Azərbaycan Turizm Bürosu (ATB), Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) dəstəyi ilə 40 yerli turizm şirkətinin Şuşa şəhərinə səfəri həyata keçirilib.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində təhlükəsizlik tədbirləri çərçivəsində təlim keçirilmişdir. 22.11.2025-ci il tarixdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində SƏTƏM üzrə təhlükəsizlik tədbirləri çərçivəsində təlim keçirilmişdir.
Şuşada Zəfərimizin 5 illiyi və Şuşa şəhər günü qeyd edildi. Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də tarixi bir Zəfərə nail oldu. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri işğalçılardan azad edildi.
Şuşada zəfərin 5 illiyi münasibətilə hərbi yürüş keçirildi.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən Qarabağ Universitetinin turizm ixtisaslı müəllim və tələbə heyətinə təlim-seminar keçirildi. “Ümumdünya Turizm işçiləri günü” çərçivəsində 26-28 oktyabr 2025-ci il tarixlərində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Turizmin inkişafı şöbəsi tərəfindən Qarabağ Universitetinin turizm ixtisaslı müəllim və tələbə heyətinə turizm destinasiyası mövzusunda 1-ci elmi-praktiki təlim-seminar keçirildi.
Azərbaycan memarlarının növbəti uğuru. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşamızı bəzəyən iki memarlıq əsəri mötəbər beynəlxalq müsabiqələrin qalibi olmuşdur.