Şuşada respublika incəsənət festival-müsabiqəsinin yekun konserti keçirilib

01.09.2022 - 06:09

Şuşada məktəblilər arasında “Şuşa İli”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti keçirilib.

Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında təşkil olunub. 

Konsert proqramında 150-yə yaxın məktəbli çıxış edib, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Tədbirin sərgi hissəsində müsabiqə qaliblərinin rəsm və əl işlərinə baxış keçirilib.

Xəbərlər