Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizə gələn Finlandiyanın ictimai-siyasi xadimlərindən ibarət nümayəndə heyəti Şuşada və Laçında olub. Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyində olub. ŞŞDQİ tərəfindən Şuşa şəhərinin tarixi, güllələnmiş heykəllər, Cıdır düzü, Şuşada Azərbaycan tarixi abidələrinə qarşı erməni vandalizmi haqqında qonaqlara ətraflı məlumat verilib, görülən işlər diqqətə çatdırılıb.