Futbol üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Şuşada.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 16.08.2025-ci il tarixində futbol üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Şuşa şəhərinə səfər ediblər. Səfər çərçivəsində futbolçu xanımlar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarının, sakinlərin və ”Qala” futbol komandasının üzvlərinin iştirakı ilə görüş keçiriblər. Maraqlı keçən görüşdə xatirə şəkilləri çəkildi.
Səfərin əsas məqsədi hazırda dogma ata-baba yurdunda yaşayan vətəndaşlarımıza mənəvi dəstək göstərmək, idmanın həmrəylik gücünü nümayiş etdirməkdir.