2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın zümrüd tacı Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramı çərçivəsində Şuşa şəhərində “Sosial İnnovasiyalar Forumu” təşkil olunub. Sosial İnnovasiyalar Forumuna dövlət rəsmiləri, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, İƏT ölkələrinin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc qatılıb.
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramın ikinci günündə həmçinin iştirakçılar üçün Şuşa turu təşkil olunub. İƏT-ə daxil olan müxtəlif ölkələrdən gəlmiş gənclər Şuşadakı bərpa və tikinti-quruculuq prosesi ilə tanış olublar, Şuşa qalası, Yuxarı Gövhərağa məscidi, Cıdır düzü, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş heykəllərini ziyarət ediblər.
"Gənclər Paytaxtı” olan Kazan şəhərinin simvolik açarı 2024-cü ilin “Gənclər Paytaxtı” olan Şuşa şəhərinə təqdim edilib. Açarları Şuşa şəhər sakini Kərimli Ülviyyə qəbul edib və möhtəşəm çıxışı ilə Forum iştirakçılarının diqqətini cəlb edib.