İlham Əliyev Şuşada İCESCO-nun Baş direktorunu qəbul edib

11.05.2024 - 11:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Şuşada İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. Görüşdə Şuşada keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyəti qeyd olundu. İCESCO-nun Baş direktoru Şuşaya budəfəki səfərində burada çox böyük inkişaf proseslərinin və dəyişikliklərin şahidi olduğunu bildirdi, işğal zamanı ermənilər tərəfindən tamamilə dağıdılmış məscidlərin yerində yeni məscidlərin inşa edilməsinin İslam dininin dəyərlərinin qorunması baxımından əhəmiyyətini vurğuladı. İCESCO ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu və perspektivlər barədə fikir mübadiləsi aparıldı.

İCESCO-nun Baş direktoru Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Xəbərlər