İyul ayının 12-dən başlayaraq Şuşa şəhərində "Qarabağ tarixi fotolarda" adlı sərgisi öz işinə başlayıb.
Sərgidə 1880-1970-ci illər arasında Qarabağda azərbaycanlı fotoqraflarla yanaşı, eyni zamanda, ölkəmizdə yaşamış rus, yəhudi əsilli fotoqraflar tərəfindən çəkilmiş və bu zamana qədər heç yerdə nümayiş olunmamış nadir şəkillər yer alır.
Fotolar fondda şüşə neqativlərdə saxlanılmış, bərpa və konservasiya edilmiş və rəqəmsallaşdırılmışdır.
Sərgi 12 avqust tarixinədək, 9.30-18.30 saatları arasında Xanlıq Muxtar Karvansarasında (“Güllü bağça” ilə üzbəüz) Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən davam edəcək.
Qeyd edək ki, fotolar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinin fonduna məxsusdur.