Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşmış Şuşa sakinlərindən 21 ailə - 85 nəfər öz doğma yurdlarına köçürülüb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov sakinlərə mənzillərinin açarlarını təqdim edib. Açarların təqdimetmə mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İsgəndərov və məsləhətçi İsmayıl İsmayılov da iştirak ediblər.
Beləliklə, Şuşa şəhərinə köçürülənlərin ümumi sayı 126 ailə - 491 nəfərdir.