Mərakeş Krallığının Rabat şəhərində “Şuşa günləri” keçirilmişdir

07.06.2024 - 11:00

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 6-7 iyun tarixləri arasında Mərakeş Krallığının Rabat şəhərində “Şuşa günləri” keçirilmişdir.

“Şuşa günləri” çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin Gənclər, Mədəniyyət və Kommunikasiya naziri Məhəmməd Ben Said ilə görüşüblər.

Görüş zamanı hər iki ölkə arasında mövcud olan səmimi dostluq münasibətləri, eyni zamanda inkişaf etməkdə olan mədəni əlaqələr haqqında danışılıb. İslam dünyasının 2024-cü il üçün mədəniyyət paytaxtı seçilmiş tarixi Şuşa şəhərində gerçəkləşdirilən layilələr, həyata keçirilən mədəni tədbir proqramları barədə ətraflı məlumat verilib və gələcəkdə bu cür əlaqələrin daha da inkişaf etdirilməsi diqqətə çatdırılıb.

Sonda Məhəmməd Ben Saidə Şuşanın  xatirə hədiyyəsi təqdim edilib.

Xəbərlər