Norveçin beynəlxalq səyahətçiləri Şuşa şəhərinə səfər edib

03.05.2024 - 06:09

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik heyəti Şuşa şəhərində səfərdə olub. Qonaqları müşayiət edən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara şəhərin tarixi, qədim abidələri, qala divarları və Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün erməni vandalları tərəfindən güllələnmiş heykəlləri barədə ətraflı məlumat verib. Qonaqlar Şuşada tarixi abidələri, Cıdır düzünü, “Xan Qızı“ bulağını, qala qapısını ziyarət ediblər. Onlar Şuşanın saf havasına, tarixi abidələrinə, füsunkar təbiətinə, mənzərəli yollarına heyran olduqlarını bildiriblər.


Xəbərlər