Prezident İlham Əliyev gənclərlə görüşüb

02.02.2022 - 08:41

Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırıb.

Prezident İlham Əliyev bildirib ki, bizim üçün Şuşa bir müqəddəs rəmz idi. Bizim bir çox şəhərlərimiz, demək olar ki, ölkəmizin hər yeri xüsusi tarixi əhəmiyyətə malikdir: “Amma Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyəti təkcə bu coğrafi mənzərə ilə məhdudlaşmırdı. Şuşanın çox böyük rəmzi mənası var idi”.

Şuşanın azad olunması xəbərindən qürur hissi keçirdiyini söyləyən Prezident deyib: “Qürur hissi keçirdim ki, biz tarix qarşısında öz vəzifə borcumuzu yerinə yetirdik. Təəssüf hissi keçirdim ki, bizim böyüklərimiz bu günü görməyiblər. Çünki on minlərlə, bəlkə də yüz minlərlə azərbaycanlı həyatdan narahat gedib - Şuşanı görmədən, azadlığı görmədən”.

Xəbərlər