Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər

27.09.2022 - 10:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə səfər ediblər.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Bununla yanaşı,cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Yuxarı Gövhərağa məscidi, Mehmandarovların malikanə kompleksi və bərpa edilən hoteldə  Heydər Əliyev Fondu tərəfindən aparılan yenidənqurma və bərpa işləri barəsində məlumat verilib.

Səfər  çərçivəsdə dövlətimizin başçısı və birinci xanım Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binası, inşa edilən yeni yaşayış kompleksi, hotel və konfrans mərkəzi və 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə tanış olublar.



Xəbərlər