Qarabağ abidələri İslam Dünyası İrs Siyahılarına daxil edilib

13.02.2026 - 12:00

Özbəkistan Respublikasının Daşkənd şəhərində 10–13 fevral 2026-cı il tarixlərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir. Sessiya çərçivəsində fevralın 10-da İslam Dünyasının İrs Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına təqdim olunmuş nominasiyalar müzakirə edilib. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış Ağdam "İmarət" Tarix-Memarlıq Muzey Kompleksi və "Şuşa Şəhər Dövlət Qoruğu" nominasiya fayllarının ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul olunub.

Azərbaycanın mədəniyyət beşiyi və incisi sayılan qədim Şuşa şəhərinin ICESCO-nun İrs Siyahısına daxil edilməsi bu şəhərin tarixi-mədəni irsinə verilən yüksək dəyərlə yanaşı, eyni zamanda 2026-cı ildə ölkəmizdə elan edilmiş “Şəhərsalma və Memarlıq İli”nə də mühüm bir töhfədir.

Xəbərlər