“Qarabağ” futbol klubunun üzvləri Şuşada
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu gün “Qarabağ” futbol klubu tam heyəti ilə Şuşa şəhərində görüş keçiriblər. Şuşa şəhəri 1 nömrəli tam orta məktəbində baş tutan görüşdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Şuşa rayonunda Azərbaycan Respublikası xüsusi nümayəndəliyinin və Qoruq İdarəsinin əməkdaşları, şəhərin idarə və müəssisələrinin rəhbərləri, sakinlər və yeniyetmə gənclər, uşaqlar iştirak edib. “Qarabağ”ın şuşalı fanatları komanda heyəti ilə xatirə şəkli çəkdirdilər, bir-birlərinə hədiyyələr təqdim etdilər.